Şirkət haqqında

                                                                                             

                                ŞİRKƏT  HAQQINDA

 

BS/2 şirkəti  Penki kontinentai qrupuna daxildir – IT‑xidmətlərin autsorsinqi, proqram təminatının hazırlanması, bank avadanlığının təchizatı və həmçinin sistem inteqrasiyası və texniki xidmət göstərilməsi üzrə ixtisaslaşıb. BS/2 bank texnologiyaları sahəsində 30 ildən çox fəaliyyət göstərir. Şirkətin həlləri və xidmətləri dünya bazarında mövcuddur, BS/2 məhsulları 90‑dan çox ölkəyə təchiz edilmişdir.

Xidmətlərimiz:

    • proqram təminatının tərtibatı, tətbiqi və dəstəyi;

    • banklar və pərakəndə ticarət sektoru üçün avadanlığın satışı;

    • ehtiyat hissələrinin təchizatı;

    • servis və texniki xidmət;

    • İT infrastrukturun monitorinqi;

    • konsultasiya və təlim;

    • autsorsinq.

Şirkət BS/2 müştərilərə məsləhətlər verir, özünə xidmət cihazlarının funksiyalarını genişləndirmək üzrə işlər həyata keçirir, müxtəlif ölkələrdə layihələr icra edir.

Bütün növ bankomatlar üçün müştərilərə aşağıdakı funksiyaların implementasiyası üzrə xidmətlər təklif olunur:

    • Hesabların artırılması, müxtəlif xidmətlərin ödənilməsi, valyuta mübadiləsi;

    • Fərdiləşdirilmiş reklam mesajlarının (Direct Marketing) istifadəsi;

    • İstifadəçi interfeyslərinin və ekran formalarının xüsusi hazırlanmış dizaynın yaradılması;

    • Bankomatın əlilliyi məhdud olan şəxslər üçün adaptasiyası;

    • Təmassız ödənişlərlə iş imkanı (Visa PayWave / MasterCard PayPass və s.).

Sertifikatlar

Şirkət hər il beynəlxalq ISO/IEC 20000 standartına uyğunluğu təsdiqləyir. 2012‑ci ildən etibarən BS/2 auditi uğurla keçirmiş və ISO/IEC 27001 standartına uyğunluq üzrə sertifikatlaşdırılmışdır; bu standart şirkətin informasiya təhlükəsizliyi idarəetmə sisteminin tələblərini müəyyən edir.